<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>292</hymn_number>
<title>Baxıram ətrafa, insanlar dərdli İL292</title>
<lyrics>[V1]
 Baxıram ətrafa, insanlar dərdli,
 Pərişan oluram, Rəbbi görmürlər.
 Hara baxıramsa, qəm, qüssə, kədər,
 İnsanlar gəzirlər Ondan bixəbər.

[C1]
   Gör necə qüdrətli bir Atamız var,
   Siz ey günahkarlar, tez gəlin vaxt az.
   Məsih bağışlayır tövbə edəni,
   İstərdim, Rəbbimlə barışasız siz.

[V2]
 Günahlar içində batan dünyanın
 Bircə xilaskarı Məsihdir, Məsih.
 Günahkar insanın, günah edənin,
 Təkcə bir yolu var - tövbə eyləmək.

[V3]
 Qaranlıq dünyanı işıqlandıran
 Təkcə bir Nur vardır, o da Məsihdir.
 Sən, ey insan, ayıl, Ona iman et,
 Əbədi həyatı verən Məsihdir.</lyrics>
</song>